Bu gün nəinki İspaniya, həm də Avropa və dünya futbol ictimaiyyətinin əsas diqqəti “El Klasiko”ya yönəlib desək, heç də böyük səhvə yol vermərik.
“Barselona” və “Real”ın əzəli və əbədi rəqib olduğu hər kəsə bəllidi. Buna baxmayaraq, klublar arasındakı qarşılıqlı hörmət qorunur. Bu dəfəki derbi ərəfəsində klub rəhbərləri bir araya gəliblər. “Barselona”nın prezidenti Xuan Laporta ilə onun “Real”dan olan həmkarı Florentino Peres birgə nahar ediblər. Qeyd edək ki, “El Klasiko”dan əvvəl klub rəsmilərinin nahar süfrəsi ətrafına toplaşması ənənəsi pandemiyaya qədər uzun müddət mövcud olub.