“Barselona”nın rəsmi üzvləri klubun “Espai Barsa” layihəsinin maliyyələşdirilməsi ilə bağlı təklifini qəbul edib.
Klubun 455 rəsmi üzvündən 405-i prezident Xuan Laportanın başçılıq etdiyi direktorlar şurasının layihə üçün 1,5 milyard avro borc götürməsinə müsbət rəy verib. Səsvermədə 21 nəfər bu təklifin əleyhinə çıxıb və layihə təsdiqlənib.
Qeyd edək ki, “Espai Barsa” komandanın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionu ətrafındakı böyük ərazini əhatə edən layihədi. Bura mağazalar, restoranlar, klubun ofisi, muzeyi, “Nou Kamp”, “Miniestadi” və üstüörtülü “Palau Blauqrana” stadionu daxildi. Laporta 1,5 milyard avro krediti “Golman Sachs” sərmayə bankından götürməyi planlaşdırır. İndi ortaya bu sual çıxır: “Barselona” “Nou Kamp”da təmir işləri görüləcəyi zamanı rəqiblərini hansı stadionda qəbul edəcək? Yerli mənbələrdə bununla bağlı əsasən bir variant haqda ehtimallar səslənir. Prezident Laporta isə bu məsələyə belə münasibət bildirib: