İtaliya çempionatında 9-cu turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Milan" səfərdə "Bolonya" ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib. Görüşdə maraqlı hadisə baş verib. "Qırmızı-qaralar"ın 40 yaşlı ulduzu Zlatan İbrahimoviç 49-cu dəqiqədə avtoqol vurub. Amma isveçli futbolçu özünü bağışlatmağı bacarıb. Zlatan 90-cı dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbə ilə xalını 25-ə çatdıran "Milan" turnir cədvəlində liderliyə yüksəlib.