Xəbər verdiyimiz kimi, Avropa Liqasının C qrupunda "Napoli" "Legiya"nı 3:0 hesabı ilə məğlub edib.
"Football-plus.az" saytının məlumatına görə, millimizin üzvü Mahir Emreli bu qarşılaşmada cəmi 19 dəqiqə meydanda olub. 71-ci dəqiqə oyuna daxil olan forvardın bir zərbəsi dirəkdən dönüb.
Dünyanın məşhur "Eurosport" telekanalının saytı bu görüşdəki çıxışlarına görə oyunçuları qiymətləndirib. Mahir cəmi 19 dəqiqə meydanda olmasına baxmayaraq həmkarlarımızın 6,5 xal olaraq dəyərləndirib. Bu, "Legiya"nın heyətində ən yüksək göstərici olub.
Oyunun ən yaxşı futbolçusu isə "Napoli"nin heyətində Lorenzo İnsinye olub. İtaliyalının çıxışı 7,5 olaraq qiymətləndirilib.
Maraq üçün qeyd edək ki, Mahir Emrelinin əvəzinə oyuna start heyətində başlayan Mucinin performansı jurnalistlər tərəfindən 6,0 olaraq dəyətləndirilib.