Bir neçə gün əvvəl Serxio Ramos ilə PSJ-nin həsrətinin bitmək üzrə olması ilə bağlı xəbər yayılmışdı. Lakin...
Məlumatda təcrübəli futbolçunun artıq baldır əzələsindəki zədəsini sağaltdığı bildirilirdi. Qeyd edək ki, ispaniyalı müdafiəçi bu səbəbdən iyulda sıralarına keçdiyi komandada hələ də debüt edə bilməyib. 35 yaşlı müdafiəçinin Fransa çempionatının 10-cu turunun “Anje” ilə oktyabrın 15-də keçirilən matçında (2:1) oynaya biləcəyi xəbər verilmişdi. Ancaq çox keçmədən Serxionun parislilərin heyətində rəsmi debütünü bir qədər də gözləməli olacağı açıqlandı. Lazımi formanı yığa bilməyən futbolçu bu səbəbdən Çempionlar Liqasının “Leyptsiq” ilə oyununu (3:2) da buraxdı.
Hələ də komanda ilə məşqlərə qatıla bilməyən Ramosun ümumi qrupa gələn həftənin əvvəlində qoşulmaq imkanı var. Dünya və Avropa çempionunun PSJ-də noyabrda debüt edəcəyi gözlənilir.