• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

"Millidən nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm" - Rəşad Sadıqov

23 okt, 21 - 20:30751

Bu gün premyer-liqanın 8-ci turunda "Neftçi" doğma meydanda "Zirə"ni məğlub edib - 2:1.

"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmadan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.

Gənc mütəxəssis qarşılaşma haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Yaxşı oyun izlədik. Sürətli, keyfiyyətli, mübarizəli matç idi. Erkəm qol vurduq. Bindan sunra rəqibin təzyiq etməsi təbii idi. Diqqətsizlikdən qol buraxdıq. Fasilədən sonra oyunu bərabərləşdirə bildik. Bizdə də yaxşı qol imkanları var idi. Komandama təşəkkür edirəm. Səfərdə çempion komandaya qarşı sona qədər mübarizə aparmağa alqış düşür. Heç-heçə də ola bilərdi. Rəqib fürsətdən istifadə etməyi bacardı".


- Ən yaxşı müdafiənin hücum olduğu deyilir. Son dəqiqələrdəki oyunu daha erkən göstərmək olmazdı?
- İdman heseba yönəlir. Rəqib də hesabda irəli olanda fərqli oynayır. “Neftçi” ilə səfərdə hesab 1:1 olarkən böhük qüvvə ilə irəli atıla bilməzsən. Bu, ağılsızlıq olardı. Hesab bərabər olarkən əks hücuma çıxmalıyıq. Ancaq əksi baş verdi. Bəzi futbolçularda yorğunluq görünürdü. Ümumən perspektivli hücumlarımız oldu, ancaq sonluğu gətirə bilmədik.

- Coşqun Diniyevi əvəzləməyiniz müdafiəyə hesablanmışdı?
- Aparıcı futbolçularımızdandı, oyunu onun üzərində qururam. Coşqunda yorğunluq görünürdü. “Qəbələ” ilə matçdan sonra bərpa istədiyimiz kimi getmədi. Hacıağada da yorğunluq var idi. Coşqunu məcburiyyətdən əvəzlədim.

- Yorğunlar siyahısına Təmkin Xəlilzadəni də əlavə etmək olarmı?
- O da yorulmuşdu. Qol epizodunda da çatdırmadı.

- Nəticənin ədalətli olduğunu düşünürsüz?
- Bu barədə danışmağın tərəfdarı deyiləm. Meydanda baş verənləri müzakirə etməyə çalışırıq. Heç-heçə də edə bilərdik, əks-hücumda qol vurub qalib gələ də. Əlimizdən gələni etdik. Komandamda istədiyim şeyləri gördüm. Nəticə hər şey deyil. Xarakter, mübarizə çox önəmlidi. Daha böyük komanda olmaq üçün belə məqamlar vacibdi.

- Son zamanlar milliyə namizədlər arasında adınız hallanır. İndiki AFFA rəhbərliyi ilə yenidən işləmyə razılıq verərsiz?
- Kimsə adımızı səsləndirirsə, bizim üçün xoşdu. Təklif olmayan mövzu barədə danışmağı sevmirəm. Mənə təklif yoxdu. Millidən nə vaxt təklif olur-olsun, düşünmədən o yükün altına girməyə hazıram. Sevimli komandamdı. Futbol karyeramın hamısını millidə keçirmişəm. Nə vaxtsa xaricdə işləyərəm, o vaxt da təklif gəlsə, düşünmədən qəbul edərəm.

- Millini sizin vaxtınızdakı ilə müqayisə edib deyirlər ki, indiki komanda daha güclüdü. Sizcə də, daha yaxşı nəticə əldə etmək olarmı?
- Yaxşı heyətimiz var. Çoxdandı bu qədər legioner olmayıb. “Qarabağ”ın iddialı çıxışı, milli üzvlərinin orda təcrübə qazanması amilləri var. İndi heyət daha yaxşı, genişdi. Fikrimcə, millinin baş məşqçisi də razılaşar ki, daha yaxşı nəticə qazana bilərik.

- Milli ilə bağlı gənc məşqçi mövzusu da dəbdədi. Ağasəlim Mircavadov yenə deyib ki, Qurban Qurbanovdan başqa hamısı gəncdi. Bilmək olmur xoşniyyətli, yoxsa bədniyyətli açıqlamalardı..
- Müsahibəni görmüşəm. Bu məsələni açırıqsa, bir-iki detala toxunacam. Səhv eləmirəmsə, deyib ki, daha təcrübəli məşqçi olmalıdı. Açıqlamanı oxuyanda özümdə fikir formalaşmışdı. Keçmişdə millini çalışdıran məşqçilərdən heç birinin beynəlxalq tcrübəsi olmayıb. Bundan əlavə, əgər avroliqa təcrübəsindən danışırıqsa, Qurban Qurbanovun yetərincə təcrübəsi olub. Bu gün o açıqlamanı verənlərin Qurban müəllimi dəstəklədiyini görməmişəm. Bir məşqçinnin hara necə təyin olunmasına gəlsək, Qvardiola “Barselona”ya hardan getmişdi? İkinci komandadan. Zidan da onun kimi. İkisi də Çempionlar Liqadının qalibidi. Məşqçi təcrübə ilə təyin olunmur, onun metoduna, psixologiyasına, ünsiyyət bacarığına, oyun üslubuna, əlində olan futbolçulara baxırsan. Belədə qiymətləndirib, müəyyən vaxt verirsən. Bu atılan cümlələr hamısı əsassızdı. Mən çox istəyərəm ki, üzbəüz belə fikirlər səsləndirilsin və mən müzakirə edim. Yurçeviçin təcrübəsi yox idi, niyə təyin olundu? Heç kim bu barədə danışmadı. Bütün millilərdə yerli məşqçilər olmalıdı. Ya da bu millətin mentalitetinə, futboluna tam bələd əcnəbi olmalıdı. De Byazi bu gün uğurlu ola bilmirsə, o demək deyil ki, zəif məşqçidi. Və ya Qurban Qurbanovun Millətlər Liqasındakı nəticəsi uğursuz sayıla bilərmi? Zaman göstərdi ki, ən yaxşı nəticə elə o idi. İkili standartlar var. Biz vəziyyətdə belə, digərində başqa cür danışırlar. Bu gün çempionatda məhdud imkanlarla elə iş görən məşqilər var ki, əcnəbi mütəxəssisin bunları edəcəyinə şübhə edirəm. Yerli məşqçi nə etməlidi ki? Bu gün Xavi Qətərdə işləyir, "Barselona" gecə-gündüz düşüb onun dalınca. Heç bir təcrübəsi yoxdu. Ancaq bilirlər ki, onun fəlsəfəsi komandaya uyğundu. Mövzu barədə saatlarla danışmaq olar. Bunlar mənim fikrimdi. Bəlkə də nəyisə düz demirəm.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Hazırlıq planı həftənin əvvəlində Ramin Quliyevin göstərişləri üzrə hazırlanmışdı"
backend
"Baş hakim İnqilab Məmmədov "Sumqayıt"ın uduzması üçün hər şeyi etdi"
backend
"Neftçi"dən Aqilə hədiyyə
backend
"Biz heç-heçə üçün gəlməmişik"
backend
"Yaxşı nəticə qazanmağa köklənmişik"
backend
"Hamımız bu oyuna ciddi hazırlaşmışıq"
backend
"Çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı"
backend
Qismət milli fasilənin yararlı olacağını düşünür
backend
AFFA “Sabah”a xəbərdarlıq etdi
backend
"Azərbaycan yığması müdafiəyə çəkilməyə məcbur oldu"
backend
"Zubir və Ozobiç demək olar ki, oyunu tam ələ ala bildi"
backend
"Milli hər futbolçu üçün önəmlidi"
backend
Qurban Qurbanovun qələbə şərhi
backend
"Bizə görə, qrupun favoriti "Bazel"di"
backend
"Son çempiona qarşı oynadığımızı hiss etmədik"
backend
“Son dəqiqələrdə standart vəziyyətdən buraxdığımız qol rəqibə  motivasiya oldu”
backend
Millimiz darmadağın oldu
backend
“Matçın belə keçməsində hakimin də böyük rolu oldu”
backend
"Fanatlara meydanda verdiyim cavab ağır idi"
backend
"Səhvlər bəzən sevindirici olur"
backend
"Millidə indi potensiallı futbolçu çoxdu"
backend
"Qarabağ" "Zirə" ilə yenə bacarmadı
backend
"Rəqib ilk hissədə bizə oynamağa imkan vermədi"
backend
Lüksemburqun baş məşqçisi Azərbaycan millisi üzərində qələbəni belə şərh etdi
backend
"Bizim üçün ağır oyun idi"
backend
"Hakim səhvlərindən bezmişəm"
backend
"Qolların vurulduğu 17 dəqiqə ərzində meydanda yalnız "Neftçi" var idi"
backend
Qonaqlar ilk turda uduzmadı
backend
"Sumqayıt" "Zirə"ni məğlub etdi
backend
"Trabzonspor" səfərdə qalib gəldi
backend
“Qarabağ” – “Keşlə” oyunu “sürüşdürüləcək”
backend
Qurban Qurbanov BATE səddini keçəcəklərinə əmindi
backend
“Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi
backend
“Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq
backend
Ağabala çempiona 3 xal qazandırdı, 3-cü yerə yüksəltdi
backend
Lider çempiona qarşı
backend
“Azərsu” çempiona qalib gəldi
backend
“İnter” yenə “Zirə”ni məğlub edə bilmədi
backend
İbokoyi Lüksemburqa gedə bilmədi
backend
Karzaniya mətbuat konfransına qatılmadı

GÜNÜN XƏBƏRİ

backend
“Sabah”a niyyət, “Qarabağ”a qismət
16 may, 22 - 19:5683

XƏBƏR LENTİ

"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi
22:3516 may
Millimiz Gürcüstana uduzdu
22:1216 may
Ten Haq Ronaldonu komandada saxlamaq istəyir
21:5516 may
"Yuventus" Qabrieli transfer edə bilər
21:3316 may
"Qarabağ"ın legioneri Millətlər Liqasının oyunlarına çağırılıb
21:1516 may
“Barselona” daha bir müqavilə hazırlığı
20:5016 may
Bundesliqada ən yaxşı seçildi
20:2816 may
Simeone "Atletiko"da qalacaq
20:0716 may
“Sabah”a niyyət, “Qarabağ”a qismət - ÖZƏL
19:5616 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”nin tərəfdaşı oldu
19:4816 may
Mbappe "Real"da bu qədər qazanacaq
19:3516 may
Türk boksçu rinqdə öldü
19:1316 may
"Barselona" "Vulverhempton"dan oyunçu alır
18:5316 may
Azərbaycan derbisinin qiyməti 5 manat
18:2016 may
Millimiz Latviya ilə qarşılaşacaq
18:0916 may
Millinin üzvü “Sabah”ın hədəfində - ÖZƏL
18:0016 may
Van Anholt əsəbləşdi, Arda onu sakitləşdirdi
17:4616 may
FİFA hakimi testlərdən keçə bilmədi
17:3016 may
''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?
17:0316 may
Suares "Atletiko" ilə vidalaşdı
16:4816 may
Azərbaycan tarixində 27-ci qrossmeyster
16:2716 may
"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd - ÖZƏL
16:0916 may
Maydan sonra futzal millimizi kim çalışdıracaq? - ÖZƏL
15:5716 may
Namik Ələskərov "Bursaspor"dan gedir
15:5216 may
Di Mariya "Yuventus"a keçə bilər
15:3316 may
"Alaves" də La Liqanı tərk edir
15:1816 may
"Qarabağ" - "Neftçi" matçının başlama vaxtı bəlli oldu
14:5416 may
Son turun təyinatları açıqlandı
14:4416 may
“Son 10 ildə bu işə böyük pullar qoymuşuq” - AÇIQLAMA
14:4316 may
"Avropa, güclü dayan, "Qəbələ" gəlir" - AÇIQLAMA
14:3616 may
Svitolina rusları qəzəbləndirdi - AÇIQLAMA
14:1016 may
Azərbaycanlı şahmatçı İtaliyada yarışda iştirak edəcək
13:5416 may
"Bu qələbə inanmayanlara gəlsin" - Asif Məmmədov
13:4516 may
Millimiz Polşada təlim-məşq toplanışı keçir
13:3216 may
Qazaxıstandan Azərbaycan millisi üçün şad xəbər
13:1016 may
“Maşın etibarlı, ancaq ləng olsaydı, nə faydası olacaqdı?!” - MÜSAHİBƏ
12:5216 may
"Sabah"dan qeyri-adi etiraz - VİDEO
12:3116 may
Türkiyə klubundan azərbaycanlı qazilərə jest - FOTOLAR
12:2116 may
MHL-in rekordçusu karyerasını bitirdi
12:1116 may
"Qarabağ" Azərbaycan futbolunda əsrin rekorduna imza atdı
11:5016 may
Emil Səfərov "Şamaxı"nın 70-ci dəfə bu kədəri yaşamasına səbəb oldu
11:3816 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə