"Araz-Naxçıvan"ın EKOL-a qarşı keçirməli olduğu futzal üzrə yüksək liqanın 5-ci tur matçı qeyri-müəyyən vaxta təxirə salınıb.
"Football-plus.az" saytının məlumatına görə, buna səbəb komandanın həmin ərəfədə Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdı.
Qeyd edək ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada "Uraqan İvano - Frankivsk" ilə qarşılaşacaq. Oktyabrın 28-də oynanılacaq matç saat 20.00-da start götürəcək.