Bu yay son illərdəki ənənəsinə sadiq qalaraq heyətdə ciddi islahatlar edən ''Fənərbaxça'' hücum xəttini tamamilə yeniləmişdi.
Amma komandaya ümumilikdə 5 milyon avroya başa gələn Mergim Berişa, Sərdar Dursun və Dieqo Rossi kimi oyunçuların bu ana qədər ümidləri doğrultduğunu söyləmək çox çətindi. Bu mövsüm rəsmi matçlarda Berişa 1 qol, 1 ötürmə, Sərdar Dursun 0 qol, 0 ötürmə, Dieqo Rossi 3 qol, 2 ötürmə ilə yadda qalıb. Yəni 3 futbolçu ümumilikdə komandaya cəmi 3 qol, 4 məhsuldar ötürməlik fayda verib. İndi isə Vitor Pereyra tərəfindən bəyənilməyib başqa klublara göndərilən oyunçulara baxaq. Onların arasında ən diqqətçəkəni Mihael Fraydı. İsveçrəli forvard ''Antverpen''də 14 rəsmi oyunda 12 qol, 1 ötürmə ilə nəinki Belçikada, hətta Avropada mövsümün ən məhsuldar oyunçularından biridi. Elə Fray təkbaşına ''Fənər''in yeni oyunçularından üstündü. Onun komanda yoldaşı Mbvana Samatta 9 rəsmi oyunda 2 qol, 1 ötürmə ilə fərqlənib. ''Fənər''ə lazım olmayıb ''Kayserispor''a satılan Mame Tiam 7 oyunda 3 qol, 2 ötürmə ilə yadda qalıbsa, icarə əsasında ''Zarya''da çıxış edən iranlı Allahyar Səyyadmaneş 15 oyunda 4 qol, 2 ötürmə ilə fərqlənib. Yəni bu 4 futbolçu ümumilikdə 21 qol, 6 məhsuldar ötürməlik performans ortaya qoyub! Ayrılanlardan yalnız Kamal Adəmi zəif təsir bağışlayır. ''Ximki''yə satılan forvard 6 matçda cəmi 1 məhsuldar ötürmə verə bilib.