Xavi Ernandes məşqçilik karyerasını uğurla davam etdirir.
Möhtşəm futbolçu karyerasını 2019-cu ildə “Əl-Sədd” klubunda başa vuran ispaniyalı sabiq yarımmüdafiəçi elə həmin vaxtdan komandanın baş məşqçisi təyin edilib. 41 yaşlı mütəxəssis Qətərin klubu ilə növbəti kubokunu qazanıb. Onun komandası Qətər Əmiri Kuboku uğrunda matça “Əl-Rayyan”a qalib gəlib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatıan oyundan sonrakı penalti seriyasından 5:4 hesabı ilə qalib çıxan “Əl-Sədd” kuboka yiyələnib.
Bu, Xavinin baş məşqçi kimi qazandığı 7-ci tituludu. “Əl-Sədd” daha əvvəl onun rəhbərliyi altında iki dəfə Qətər Vəliəhdi Kubokunu, iki dəfə Qətər çempionluğunu, bir dəfə Şeyx Yassim Kubokunu, bir dəfə isə Qətər Ulduzları Kubokunu qazanmışdı.