Dünən "Neftçi" "Zirə"yə qarşı keçirəcəyi futbol üzrə premyer-liqanın 8-ci tur matçının hazırlığını başa vurub.
"Football-plus.az"-ın klubun rəsmi saytına istinadən məlumatına görə, birbgünlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən "ağ-qaralar" "Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb.
"Qəbələ" ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Zirə" qarşılaşması saat 18.15-də başlayacaq.