AFFA-nın İntizam Komitəsi ötən turla bağlı qərarlarını açıqlayıb.
"Football-plus.az" saytının məlumatına görə, tədbirdə aşağıdakı qərarlar qəbul edilib.
16.10.2021-ci il tarixində premyer-liqanın 7-ci turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur. (maddə 41.6)
16.10.2021-ci il tarixində premyer-liqanın 7-ci turunun “Qəbələ” – “Zirə” oyununda matç bitdikdən sonra “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 37.3)
17.10.2021-ci il tarixində premyer-liqanın 7-ci turunun “Sabah” – “Qarabağ” oyununda matçın 27-ci dəqiqəsində “Sabah” klubunun 9 nömrəli futbolçusu Xulio Sezar Rodrigez “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir. (maddə 37.3)
17.10.2021-ci il tarixində premyer-liqanın 7-ci turunun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
14.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Qəbələ-2” – “Turan Tovuz” oyununda matçın 10-cu dəqiqəsində “Qəbələ-2” klubunun 88 nömrəli futbolçusu Gülağa Əsədov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 36.1)
14.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Qarabağ-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.1)
15.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Qaradağ Lökbatan” klubunun 14 nömrəli futbolçusu Davud Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47.1)
15.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
15.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.1)
15.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Sumqayıt-2” klubunun 85 nömrəli futbolçusu Rüstəm Hümbətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47.1)
15.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
15.10.2021-ci il tarixində 1-ci divizionun 4-cü turunun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
16.10.2021-ci il tarixində U-17 Liqasının “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 17 nömrəli futbolçusu Qulamhüseyn Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
17.10.2021-ci il tarixində U-17 Liqasının “Neftçi” İK İB – “Turan Tovuz” oyununda “Neftçi” İK İB komandasının 4 nömrəli futbolçusu Cəmil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
17.10.2021-ci il tarixində U-17 Liqasının “Səbail” – “Neftçi” PFK oyununda “Səbail” komandasının 16 nömrəli futbolçusu Amir Qəribov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
15.10.2021-ci il tarixində U-16 Liqasının ROFM – “Keşlə” oyununda matçın 49-cu dəqiqəsində “Keşlə” komandasının 5 nömrəli futbolçusu Həsən Cabbarlı “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36.1)
16.10.2021-ci tarixində U-15 Liqasının “Qəbələ” – “Sabah” oyununda matçın 61-ci dəqiqəsində “Sabah” komandasının 25 nömrəli futbolçusu Əkbər Məhərrəmov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 37.3)
17.10.2021-ci tarixində U-15 Liqasının “Səbail” – “Cənub Elit” oyununda “Cənub Elit” komandasının 3 nömrəli futbolçusu Rəşad Tahirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
10.10.2021-ci il tarixində futzal ikinci Liqasının 1-ci turunun “Zülfüqar” – “Hövsan” oyununda matç bitdikdən sonra “Zülfüqar” komandasının 22 nömrəli futzalçısı Vüsal Məmmədov hakimlər komitəsinin üzvlərini təhqir etdiyinə görə 3 oyun cəzasının üzərinə əlavə olunur.
15.10.2021-ci il tarixində futzal yüksək-liqanın “Neftçi” İK – “Alyans” FK oyununda “Alyans” FK komandasının 11 nömrəli futzalçısı Rüstəm Bağırzadə hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
15.10.2021-ci il tarixində futzal yüksək-liqanın “Neftçi” İK – “Alyans” FK oyununda “Neftçi” İK komandasının 1 nömrəli futzalçısı Elnur Zamanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
15.10.2021-ci il tarixində futzal brinci liqanın “Baku Fire 2” – ADBTİA oyununda “Baku Fire 2” komandasının 21 nömrəli futzalçısı Rəşid Oruçov oyunun 6-cı dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
19.10.2021-ci il tarixində 1-ci divizionun 5-ci turunun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
19.10.2021-ci il tarixində 1-ci divizionun5-ci turunun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
20.10.2021-ci il tarixində 1-ci divizionun 5-ci turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
20.10.2021-ci il tarixində 1-ci divizionun 5-ci turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 4 nömrəli futbolçusu Səbayıl Bağırov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 cərimə olunur. (maddə 47.1)
20.10.2021-ci il tarixində 1-ci divizionun 5-ci turunun “Zirə-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62.2)
20.10.2021-ci il tarixində 1-ci divizionun 5-ci turunun “Zirə-2” – “Sabah-2” oyununda “Zirə-2” klubunun 45 nömrəli futbolçusu Əli Mürsəlovun hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47.1)