• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Cabbarov hər qərarını futbolçulara izah edir - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu / Premyer-liqa

22-10-2021, 21:0

7-ci turun görüşlərində hakimliklə bağlı ciddi problemlər yaşanmadı.

Referilər futbolçuları 24 dəfə cəzalandırdı. Bu vərəqələrdən 22-nin rəngi sarı, 2-si qırmızı oldu. Turun ən kobud komandası “Qarabağ”dı. Ağdamlıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandı. Həftənin ən intizamlı klubu isə “Sumqayıt” oldu. “Kimyaçılar”ın, sadəcə, 1 oyunçu “sarı”ya tuş gəldi. Reportyorlarımızın qeydlərinə keçid alaq.

Səbail – Keşlə, RAUF CABBAROV
“Dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev “Rauf Cabbarov oyunu istənilən səviyyədə idarə etmədi” deyərkən tam haqlıdı. Söhbət heç də nəticəyə təsir edən səhvdən getmir. Məsələn, 18-ci dəqiqədə “Keşlə”nin hücumu zamanı İlkin Qırtımov yerdə qalsa da, topa çatan Neto qapıçı ilə təkbətək çıxa bilərdi. Amma FİFA referisi “üstünlük” prinsipinə əməl etmədi. Onun ən böyük qüsuru isə az qala hər qərarını 2-3 dəqiqə ərzində futbolçulara anlatması idi. “Səbail”in qapısına ilk qolun vurulduğu epizodda referi düz 3 (!) dəqiqə ərzində cərimə zərbəsinin yerinə yetirilməsini təmin edə bilmədi. Halbuki buna mane olan futbolçular dərhal, özü də sərt şəkildə cəzalandırılmalıydı. Bir sözlə, bu səviyyədə oyun idarə edən adamın beynəlxalq oyunlara təyinat gözləməsi sadəlövhlük olardı.

Qəbələ - Zirə, ƏLİYAR AĞAYEV
Oyunu təcrübəsinə və adına layiq şəkildə idarə etdi. Təsadüfi deyil ki, 90 dəqiqə ərzində onun qərarlarından narazılıq edən olmadı. Heç məşqçilər də mətbuat konfransında hakimliklə bağlı şikayət dilə gətirmədilər. Köməkçiləriylə yaxşı anlaşan FİFA referisi itirilən zamanı nəzərə aldı və ilk yarıya 3 dəqiqə əlavə etdi. Onun ikinci hissəyə 5 dəqiqə əlavə etməsi də ədalətli idi. Ehtiram Şahverdiyevlə Dmitrios Çantakiasın davasına çevik müdaxilə edən Ağayevin göstərdiyi vərəqələr də haqlı sayılmalıdı.

Sabah - Qarabağ, KAMAL UMUDLU
Bunu turun ən gərgin keçən oyunu adlandıra bilərik. Kamal Umudlu qarşılaşmanın ağırlığına tab gətirsə də, bariz səhvlərə yol verdi. Bunlardan ilki 27-ci dəqiqədə yaşandı. “Sabah”ın hücumçusu Xulio Sezar Rodriges Şahruddin Məhəmmədəliyevi vurduğuna görə qırmızı vərəqə alaraq meydandan qovuldusa, qapıçıya “sarı” göstərildi. Lakin epizodun təkrarına baxdıqda görürük ki, Şahruddin hücumçunu özündən çıxmağa sövq edir. Daha bir səhv isə 90-cı dəqiqədə yaşandı. Andrade Fofanaya qarşı qaydanı pozdu. Kamal Umudlu oyunu davam etdirsə də, sonradan “Qarabağ”ın yarımmüdafiəçisinə sarı vərəqə göstərmədi. Bu qeyd etdiklərimizi nəzərə almasaq, hakim oyunu yaxşı idarə etdi.

Sumqayıt - Neftçi, ELÇİN MƏSİYEV
Status baxımından “Sumqayıt” - “Neftçi” matçı turun bəlkə də ən ağır qarşılaşması idi. Meydan sahibləri neçə oyundu qələbəyə həsrət idi. “Neftçi” də liderlər qrupundan uzaq düşmək istəmirdi. Bu səbəbdən də matça maraq böyük idi. Elçin Məsiyevin briqadası işinin öhdəsindən gəldi. Sürətli qarşılaşma olsa da, hakim tempə davam gətirə bilirdi, topun yaxınlığında olurdu. Çalışırdı ki, heç nəyi gözdən qaçırmasın. Xırda metodiki səhvləri nəzərə almasaq, qarşılaşmanı qüsursuz yola verdi.

Oxunub: 478
Paylaş:
Digər xəbərlər

Premyer-liqa

14-11-2020, 13:0

Əliyar Ağayev sumqayıtlılara daha sərt yanaşdı

Premyer-liqa

8-05-2021, 13:0

Ciddi qüsura yola vermədilər

Ölkə futbolu / Premyer-liqa

17-09-2021, 16:0

Premyer-liqanın 3-cü turu üçün Hakimlərin Mühakiməsi

Premyer-liqa / Manşet

13-02-2022, 11:0

Azərbaycan premyer-liqasının 15-ci turu necə idarə olundu? - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Avro kuboklar

23-07-2021, 13:0

Rauf Cabbarov Albaniya və Andorra klublarının oyununu idarə edib

Premyer-liqa

25-12-2020, 15:0

Hakimlərin Rəşad Sadıqovu qovmağa qətiyyəti çatmadı

Aktual
“Rəqibə hörmətsizlik kimi çıxmasın, amma...”
"Səbail" stadionu almaq istədi, AFFA razılaşmadı - ÖZƏL
Şərur klubunun çıxışı Naxçıvanda necə qarşılanıb? - AÇIQLAMA
Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Region Liqası təmsilçisi Türkiyəyə gedəcək - AÇIQLAMA
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Son xəbərlər
  • Dünən, 23:55
    “Liverpul”da yeni müqavilə
  • Dünən, 23:21
    Emreli oynadı, komandası uduzdu
  • Dünən, 22:59
    “Qalatasaray” Türkiyə çempionudu!
  • Dünən, 22:21
    İkardi tarixə düşdü
  • Dünən, 21:51
    Basketbol Liqasında çempion bəlli oldu
  • Dünən, 21:21
    “Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşdi
  • Dünən, 20:51
    Milli komandanın üzvü Fransa və Rusiya klublarından təklif alıb – AÇIQLAMA
  • Dünən, 20:30
    Ançelotti rəhbərlikdən kimlərin transferini istəyib?
  • Dünən, 20:15
    Qvardiola Neymara niyə zəng edib?
  • Dünən, 19:51
    “Şamaxı” ilə “Zirə” niyə hədəfə çatmadı? – AÇIQLAMA
  • Dünən, 19:30
    Redon Cica Qurban Qurbanovun qərarını gözləyir - MÜSAHİBƏ
  • Dünən, 19:10
    İlham Yadullayev Özbəkistana 0:3 və 0:5 hesablı məğlubiyyətlərin səbəbini açıqladı
  • Dünən, 18:51
    ''Hamburq''lıların sevinci əbəs imiş
  • Dünən, 18:21
    Ardaya görə 20 milyonluq 2 təklif
  • Dünən, 17:59
    “Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
  • Dünən, 17:50
    Messi İngiltərədə oynaya bilər
  • Dünən, 17:29
    2022/2023 futbol mövsümünün ən yaxşıları mükafatlandırılıb
  • Dünən, 17:20
    Əliyar Ağayevin hərəkəti Barış Şimşəyin xoşuna gəlməyib – ÖZƏL
  • Dünən, 17:00
    Qubada Akif Əliyevin yubileyi qeyd olundu
  • Dünən, 16:58
    “Qarabağ”ın 4 bilinməzi: kimlər hara gedir?
  • Dünən, 16:27
    “Milan”ın ilk transferi olacaq
  • Dünən, 15:56
    “Real” ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Elvin Cəfərquliyev: “Azarkeşlərin narazılıq etməyə haqqı var” - MÜSAHİBƏ
  • Dünən, 15:14
    "İmarət Tayfa" “Azərsun Arena”dakı hərəkətinə aydınlıq gətirdi
  • Dünən, 14:53
    “Qarabağ zonasından olan komandalara azarkeşlik edirəm”
  • Dünən, 14:32
    Okan Buruk 30 ildən sonra yenə Ankarada çempion ola bilər
  • Dünən, 13:51
    “Rəqibə hörmətsizlik kimi çıxmasın, amma...”
  • Dünən, 13:30
    "Səbail" stadionu almaq istədi, AFFA razılaşmadı - ÖZƏL
  • Dünən, 13:09
    Mahirin komandası Sivas səfərində
  • Dünən, 12:58
    Daha iki taekvondoçumuz Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb
  • Dünən, 12:37
    MY-də hamını arxada qoydu
  • Dünən, 12:16
    MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir - FOTOLAR
  • Dünən, 11:55
    “Neftçi”yə 19, “Sabah” və “Qəbələ”yə 23 potensial rəqib - Konfrans Liqası
  • Dünən, 11:34
    “Qarabağ”ın ÇL-nın təsnifat mərhələlərindəki növbəti potensial rəqibləri
  • Dünən, 11:13
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
Daha çox
Oxunub: 3 825
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 294
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 649
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 998
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 836
Başı toy tədarükünə qarışan baş məşqçini yeni mövsümdə nə gözləyir?
Oxunub: 752
"Turan Tovuz"un bombardiri təklifləri dəyərləndirəcək - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə