Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, görüşlərdən sonra statistik göstəricilər açıqlanıb. "Qarabağ" 3 oyundan sonra turnirdə topa ən çox nəzarət edən klubdu. Ağdam təmsilçisi 64 faiz göstərici ilə bu nominasiyada liderdi. "Alkmaar" 59,7 faizlə ikinci, "Slaviya" isə 58,7 ilə üçüncüdü.
Bundan başqa, Ağdam təmsilçisi 3 qarşılaşmada 84,7 faiz dəqiq ötürmə ilə 5-ci pillədədi.