Premyer-liqanın 8-ci turu çərçivəsində oktyabrın 23-ü, saat 18.15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" saytının məlumatına görə, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
Qeyd edək ki, kassalar bu gün saat 18.00-dək, oyun günü isə 11.00-dan 18.15-dək işləyəcək.