Qadınlardan ibarət millimiz dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
“Football-plus.az” saytının məlumatına görə, Siyasət Əsgərovun komandası 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə qarşılaşıb. Podqoritsa şəhərində keçirilən görüş rəqibin qələbəsiylə bitib – 2:0.
Ardıcıl üçüncü oyunda uduzan yığmamız sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti oyunu Bakıda keçirəcək. Oktyabrın 26-da rəqib Malta olacaq.