Xerard Pike “Barselona”da rekorda imza atıb.
“Opta” statistika şirkətinin məlumatına görə, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Dinamo” (Kiyev) ilə matçında (1:0) nail olub. Müdafiəçi 36-cı dəqiqədə qapıya yol tapmaqla klubun bu turnirdə qol vuran ən yaşlı oyunçusu olub. Xerard dünən meydana 34 yaş 260 günlüyündə çıxıb.
“Barselona”da bu planda əvvəlki rekord Silvinyoya məxsus idi. O, 2008-ci ildə Ukraynanın daha bir komandasına - “Şaxtyor”a qol vurarkən 34 yaş 241 günlüyündə olmuşdu.