Kriştiano Ronaldo Çempionlar Liqasında rekordları sıralamaqda davam edir.
“Mançester Yunayted”in 36 yaşlı hücumçusu buna turnirin qrup mərhələsinin 3-cü turunun “Atalanta” ilə matçında nail olub. Komandasının 3:2 hesablı qələbəsini sona yaxın məhz o təmin edib. Ronaldo 81-ci dəqiqədə rəqib qapısına yol tapmaqla ÇL-də 38 müxtəlif komandaya qol vurmağı bacarıb. Portuqaliyalı bununla da bu göstəricidə yeni rekord müəyyənləşdirib. Qeyd edək ki, bu turda PSJ-nin hücumçusu Lionel Messi “Leyptsiq”lə matçda dubl etməklə ÇL-də qol vurduğu komandaların sayını 37-yə çatdırmışdı.
Yeri gəlmişkən, Ronaldo “Atalanta” ilə oyuna bağlı fikirlərini “instaqram” səhifəsində emosional tərzdə ifadə edib: