DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasının keçirəcəyi növbəti ev oyununun stadionu rəsmən bəlli olub.
Qeyd edək ki, hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşan və pley-offda oynamağa imkan verən 2-ci pillədəki Norveçdən cəmi 2 xal geridə olan qardaş ölkənin yığması noyabrın 13-də Cəbəllütariqi qəbul edəcək. Daha öncə bu qarşılaşmanın ''Atatürk Olimpiya''da oynanılacağı gözlənilirdi. Amma Türkiyə Futbol Federasiyasının rəsmi açıqlamasında oyunun ''Fatih Terim'' stadionunda keçiriləcəyi göstərilib. Bu arena ''İstanbul BŞ''nin ev oyunlarını keçirdiyi stadiondu.
Türkiyə seçmə mərhələyə noyabrın 16-da Monteneqroya qarşı səfər oyunu ilə yekun vuracaq. Bu görüş isə Podqoritsadakı ''Qradski'' stadionunda keçiriləcək.