2004-cü ildə yaranan, 2012-də isə fəaliyyətini dayandıran “Karvan” yenidən ölkənin futbol ailəsinə qoşulur.
“Football-plus.az” xəbər verir ki, Yevlax təmsilçisi yeni mövsümdən Region Liqasında çıxış edəcək. Komandanın baş məşqçisi Kənan Kərimov saytımıza açıqlamasında bu xəbəri təsdiqləməklə yanaşı, bəzi çətinliklərlə üzləşdiklərini də vurğuladı:
“Bəs yerli İcra Hakimiyyətindən sizə dəstək yoxdu” sualına Kənan bəy belə cavab verdi:
Region Liqasında çıxış etmək istəyən komanda AFFA-ya zəmanət məktubu təqdim etməlidi ki, həmin sənədi də ya komandanın sponsor, ya da təmsil olunduğu bölgənin İcra Hakimiyyəti verməlidi. Yevlaxın İcra Hakimiyyəti Kənan bəyin müraciətinə hələ cavab verməyibsə, komandanın rəsmi sponsoru yoxdusa, “Karvan” AFFA-ya zəmanət məktubunu hansı qurumun adından verib? Kərimovun buna reaksiyası belə oldu: