“Qarabağ” bu gün Konfrans Liqasının H qrupunda “Kayrat”ı qəbul edəcək.
“Football-plus.az” saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionda baş tutacaq oyunun biletləri artıq tükənmək üzrədi. Satışa çıxarılanların, demək olar ki, hamısı azarkeşlər tərəfindən alınıb. Yalnız 300 VİP yerin bileti hələ də sahibini tapmayıb.
Bu məlumatı saytımıza açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Qeyd edək ki, “Qarabağ” - “Kayrat” matçı saat 20.45-də start götürəcək.