Qadınlardan ibarət Azərbaycan millisi Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, komandamız Podqoritsa şəhərindəki Təlim-Məşq mərkəzində Bakı vaxtı ilə saat 16.00-da Monteneqro yığması ilə qarşılaşacaq.
Oyunu Bolqarıstandan olan hakimlər briqadası hakimlər idarə edəcək:
Baş hakim: Kristina Qeorgiyeva.
Baş hakimin köməkçiləri: Yekaterina Marinova, Pavleta Raşkova.
Dördüncü hakim: Kristiyana Quteva.