Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu "Real"da çıxış edən Marselo üçün əlamətdar olub.
"Football-plus.az" saytının məlumatına görə, "Şaxtyor" ilə səfər matçı braziliyalının yubiley görüşü kimi qeydə alınıb.
Müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub.