Xəbər verdiyimiz kimi, futzal üzrə Avropa çempionatının final mərhələsi gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, ardıcıl 6-cı dəfə final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun oyunlarının başlanma saatı açıqlanıb.
Gürcüstan – Azərbaycan
22 yanvar. Qroningen şəhəri. Martini Plaza. Saat 16.30
İspaniya – Bosniya və Herseqovina
22 yanvar. Qroningen şəhəri. Martini Plaza. Saat 19.30
Bosniya və Herseqovina – Gürcüstan
26 yanvar. Qroningen şəhəri. Martini Plaza. Saat 19.30
İspaniya – Azərbaycan
26 yanvar. Qroningen şəhəri. Martini Plaza. Saat 22.30
Azərbaycan - Bosniya və Herseqovina
29 yanvar. Amsterdam şəhəri. Ziggo Dome. Saat 19.30
Gürcüstan – İspaniya
29 yanvar. Qroningen şəhəri. Martini Plaza. Saat 19.30