19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız Bakı vaxtı ilə saat 14.00-da İtaliyada keçirəcək oyunda Norveç kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşmanı Şimali İrlandiyadan olan hakim idarə edəcək:
Baş hakim: LOUİSE TOMPSON (Şimali İrlandiya).
Baş hakimin köməkçiləri: Victoriya Finlay (Şimali İrlandiya), Doriana LO CALIO (İtaliya).
Dördüncü hakim: Silviya Qasperotti (İtaliya).