Sabah Konfrans Liqasının 3-cü turunda "Qarabağ" doğma meydanda "Kayrat"ı qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, Ağdam təmsilçisinin futbolçusu Abdulla Zubir oyunöncəsi mətbuat konfransında iştirak edib. O, görüş haqda bunları deyib:
"Bizim üçün çox önəmli oyundu. Düşünürəm ki, bu oyuna hazırıq. Biz qrup mərhələsinə yaxşı hazırlaşmışıq. Növbəti ev oyunumuzda da yaxşı nəticə əldə etmək istəyirik. Dediyimiz kimi, rəqibimiz yaxşı komandadı. Heyətində milli komandalarda oynayan futbolçular var. Amma istənilən halda evdə oynayırıq. Yaxşı nəticə qazanmağa köklənmişik".