Dünən koronavirusdan dünyasını dəyişən Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu bu gün dəfn olunub.
"Football-plus.az" saytının məlumatına görə, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırlıb.
Dəfndə mərhum yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Tanınmış jurnalist “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu.