Bazar günü “Pittsburq” “Çikaqo”nu 5:2 hesabıyla məğlub etdi.
Bu oyunun “pinqvinlər”in baş məşqçisi Mayk Sallivan üçün əhəmiyyəti böyük idi. Belə ki, müntəzəm çempionatda 253-cü qələbəsini qazanan Sallivan klub tarixinə düşdü. O, indi qələbə sayına görə hamıdan öndədi. 53 yaşlı Sallivan 2015-ci ildən “Pittsburq”un “sükanı arxasındadı” və bu müddətdə komandaya iki dəfə Stenli kubokunu qazandırıb.
Sallivanla yanaşı, Aleksandr Oveçkin də tarix yazmaqdadı. “Vaşinqton”un “Tampa-Bey”ə 1:2 uduzduğu oyunda rusiyalı kapitan yenə fərləndi və MHL-də qol sayını (müntəzəm çempionat + pley-off) 804-ə çatdırdı. 36 yaşlı forvard Mark Messyeni (803) geridə qoymaqla bu statistikada 5-ci yerə yüksəldi. İlk “4-lük”də Ueyn Qretski (1016), Qordi Hou (869), Bret Hall (844) və Yaromir Yaqr (844) qərarlaşıb.
16 oktyabr
Nyu-Cersi – Çikaqo 4:3 OT (1:0, 1:1, 1:2, 1:0)
Filadelfiya – Vankuver 4:5 B (1:0, 1:4, 2:0, 0:0, 0:1)
Anahaym – Minnesota 1:2 (0:0, 1:1, 0:1)
Baffalo – Arizona 2:1 B (0:1, 1:0, 0:0, 0:0, 1:0)
17 oktyabr
Florida – Aylenders 5:1 (1:0, 2:0, 2:1)
Boston – Dallas 3:1 (1:0, 0:1, 2:0)
Toronto – Ottava 3:1 (2:0, 0:1, 1:0)
Monreal – Reyncers 1:3 (0:0, 0:1, 1:2)
Detroyt – Vankuver 3:1 (1:0, 1:1, 1:0)
Pittsburq – Çikaqo 5:2 (4:0, 1:1, 0:1)
Vaşinqton – Tampa-Bey 1:2 OT (0:0, 1:0, 0:1, 0:1)
Kolambus – Sietl 2:1 OT (0:0, 0:1, 1:0, 1:0)
Neşvill – Karolina 2:3 (0:1, 1:0, 1:2)
Kolorado – Sent-Luis 3:5 (0:1, 1:2, 2:2)
San-Xose – Vinnipeq 4:3 (0:1, 2:1, 2:1)
Edmonton – Kalqari 5:2 (2:0, 1:1, 2:1)
Los-Anceles – Minnesota 2:3 (0:0, 1:3, 1:0)
18 oktyabr
Ottava – Dallas 3:2 (1:1, 2:0, 0:1)