İngiltərə polisi "Mançester Siti" ilə "Bernli" arasında "Etihad”da keçirilən oyundan sonra iki azarkeşi həbs edib.
Hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub. Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçiliyə və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.