FİFA referisi Əliyar Ağayev Konfrans Liqasına təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, hakimimiz oktyabrın 21-də Çexiyada “Yablonets” və Danimarka “Randers”i arasında qrup mərhələsinin 3-cü turunun oyununu idarə edəcək.
34 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.