Futzal üzrə Azərbaycan komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, püşkatma mərasimi bu gün Niderlandın Zeist şəhərində baş tutub. Millimiz İspaniya, Gürcüstan və Bosniya və Hersoqovina ilə birlikdə D qrupunda yer alacaq.
Qeyd edək ki, Avropa Çempionatı yanvarın 19-dan, fevralın 6-dək Niderlandda keçiriləcək. Tədbir tarixində ilk dəfə olaraq 16 komanda mübarizə aparacaq.