Polşa çempionatının 11-ci turunda "Legiya" "Lex" ilə qarşılaşıb.
"Football-plus.az" saytının məlumatına görə, Varşava təmsilçisinin baç məşqçisi Çeslav Mixneviç oyun haqda danışıb:
“Onun avrokuboklardan fərqli çempionatda susqun olmasının səbəbini demək çətindi. “Lex”lə görüşdə qol imkanları oldu. İkinci hissədə onlardan birindən istifadə edə bilsəydi, yəqin ki, indi bu sualı özümüzə verməzdik. Yaxşı və ya pis oynadığını söyləmək doğru olmaz. Fasilədə ona dedim ki, daha fəal olsun, “Lex”in mərkəz müdafiəçilərinin sağında və solunda yaranan boşluqlardan yararlansın. İkinci hissədə daha intensiv oynamağa başladı. Fasilədən sonra qol vura bilsəydi, yəqin ki, fərqli tonda danışardıq. Mahir qol vurmalıdı, bunun üçün onu məsuliyyətə cəlb edirik. Əks təqdirdə, performansından razı qala bilməz".