Dubrovnikdə keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb.
"Football-plus.az" saytının məlumatına görə, oktyabrın 16-da start götürülən turnirdə ölkəmizi 11 idmançı təmsil edib. Azərbaycan cüdoçuları mötəbər yarışda 2 medala yiyələnə biliblər.
Həmyerlilərimizdən 90 kiloqram çəkidə çıxış edən Rüfət İsmayılov yalnız final görüşündə məğlub olaraq, gümüş medala sahib çıxıb. Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.