2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
"Football-plus.az" saytının məlumatına görə, mərasim Yunanıstandakı Olimpiya bölgəsində təşkil olunub. Məşəli daşıyan ilk idmançı Yannis İoannis Antoniu olub. Məşəl oktyabrın 19-da "Panatinaikos" stadionunda Çin nümayəndələrinə təhvil veriləcək, daha sonra Çinə aparılacaq.
Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-20-si aralığında keçiriləcək.