“Keşlə” Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, yubiley premyer-liqanın 8-ci turuna təsadüf edib. Sənan Qurbanovun yetirmələri səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.
Qeyd edək ki, “Keşlə” çempionatdakı oyun sayında 3-cü komandadı. Yalnız “Qarabağ”la “Neftçi” daha çox (hər ikisi 832) matça çıxıb.