Moldova çempionatında 14-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, həmyerlimiz Orxan Qurbanlının çıxış etdiyi “Dinamo-Avto” növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Milsami”ni qəbul edib və 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.