Polşa çempionatında 11-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" doğma meydanda "Lex"lə (Poznan) üz-üzə gəlib. Millimizin hücumçusu mübarizəyə start heyətdə başlayıb. O, 65 dəqiqə meydanda olub və Tomas Pekxartla əvəzlənib. Mahirin komandası isə görüşdən 0:1 hesabı ilə məğlub ayrılıb.
Bu matçdan sonra "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb, Lex isə hesabındakı xalların sayını 24-ə çatdıraraq liderliyə yüksəlib.
Qeyd edək ki, Varşava təmsilçisinin ehtiyyatda 2 oyunu var.