Çexiya 2-ci divizionunda 11-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Fərid Nəbiyevin şərəfini qoruduğu “Viktoriya” doğma meydanda “Xrudim”lə üz-üzə gəlib. Azərbaycanlı futbooçu mübarizəyə "ilk-11"likdə qoşuıub və 90 dəqiqə meydanda olub. Onun komandası isə görüşdən 1:2 məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, “Viktoriya” 11 turdan sonra 8 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.