“Milan” İtaliya çempionatının “Verona” ilə matçı ərəfəsində ciddi itki ilə üzləşib.
"Football-plus.az" saytının məlumatına görə, komandanın yarımmüdafiəçisi Braim Dias koronavirusa yoluxub. Bu məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb. COVID-19 testi müsbət nəticə verdiyi üçün 22 yaşlı ispaniyalı A seriyasında dünən keçirilən oyunu (3:2) buraxıb. Bu fakt digər oyunçuların dərhal koronavirus testinə cəlb olunmasını qaçılmaz edib. Bütün testlərin nəticəsi mənfi olub.
Qeyd edək ki, “Real”a məxsus olan Dias “Milan”da icarə əsasında çıxış edir. O, bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 4 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub. Braimin Çempionlar Liqasında gələn həftə “Portu” ilə keçiriləcək oyunda iştirak edə bilməyəcəyini də əlavə edək.