Qətər hökuməti FIFA ilə birlikdə Əfqanıstan futbolçularını təxliyə etməyi qərara alıb.
Dohaya yollanan təyyarədə ailələri ilə birlikdə 100-dək futbolçu yer alıb. Qətər idmançıların təxliyəsini koordinasiya etmək üçün ali futbol qurumu ilə əməkdaşlıq edib. Onların bu ölkədə nə qədər qalacaqları barədə məlumat verilməyib.
Taliban ölkədə hakimiyyəti ələ keçirəndən sonra oyunçuların təhlükəsizliyi sual altına düşdüyündən onların evakuasiyası başlayıb.