“Mançester Yunayted” premyer-liqada növbəti uğursuz oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, Ole Qunnar Sulşerin komandası şənbə günü “Lester”ə 2:4 hesabı ilə uduzub. Bununla da mankunianların İngiltərə çempionatının səfər matçlarındakı məğlubiyyətsiz seriyası qırılıb. MY premyer-liqada sonuncu dəfə rəqib meydanında 2020-ci ilin yanvarında “Liverpul”a uduzmuşdu. Onda mersisaydlılardan iki cavabsız top buraxan “qırmızı şeytanlar” sonrakı 29 səfərdən evə 19 qələbə və 10 heç-heçə ilə qayıtmışdılar. “Yunayted”in cari mövsümün 2-ci turunda Sauthemptonda eyniadlı komanda ilə “sülh”ə (1:1) razılaşmaqla “Arsenal”ın daha əvvəl səfərdə müəyyən etdiyi 27 oyunluq məğlubiyyətsiz seriyasını təkrarladığını da xatırladaq.