"Mançester Siti"nin zədəli futbolçusu Ferran Torresin durumuna aydınlıq gəlib.
Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib. 50 yaşlı mütəxəssis ispaniyalı hücumçunun ayağı sındığı üçün 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb. Baş məşqçi Aleksandr Zinçenko və İlkay Gündoğanın isə sağaldıqlarını söyləyib.
Qeyd edək ki, Ferran Torres Fransaya 1:2 uduzduqları Millətlər Liqasının final görüşündə sıradan çıxıb.