Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) Fransa futbol tarixinin rəmzi komandasını açıqlayıb.
A komandasında 4-4-2 taktiki sxeminə yer verilib: qapıçı - Fabyen Bartez; müdafiəçilər - Lilian Türam, Loran Blan, Marsel Desayi, Maksim Bossis; yarımmüdafiəçilər - Didye Deşam, Jan Tiqana, Mişel Platini, Zinəddin Zidan; hücumçular: Raymon Kopa, Tyerri Anri.
Tanınmış futbolçulardan Patrik Vyeyra B, Frank Riberi, Kərim Benzema, Uqo Lyoris, Klod Makelele, Antuan Qrizmann və N Qolo Kante C komandasında yer alıb.
İstefa. Paraqvay futbol yığmasının baş məşqçisi Eduardo Berisso ilə yollarını ayırıb. Paraqvay Futbol Assosiasiyasının rəsmi saytıxəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Yığma srağagün DÇ-2022-nin seçmə oyununda Boliviyaya 0:4 hesabıyla uduzub və hazırda 8-ci pillədə qərarlaşıb.