“Bruklin”in oyun qurucusu Kayri İrvinq peyvəndləmə ilə bağlı vəziyyət üzündən basketboldan getməyi planlaşdırmır.
Xəbər verdiyimiz kimi, basketbolçu dini mülahizələri əsas gətirərək, peyvənd olunmaqdan boyun qaçırıb, Nyu-Yorkun mövcud qaydalarına görə “Bruklin”in ev oyunlarında meydana çıxa bilməz:
“Karyeramı bitirəcəyimi düşünmürəm. Peyvənd məsələsi məni bu oyunu buraxmağa məcbur edə bilməz. Bu qərarımın maliyyə fəsadlarına səbəb olacağını yaxşı anlayıram. Ancaq reallıq belədi ki, komanda ilə Nyu-Yorkda birlikdə olmaq üçün peyvənd olunmalıyam. Peyvənd olunmamağa qərar vermişəm və bu qərara hörmət olunmasına xahiş edirəm. Formada qalmaq və və hər an komandaya qoşulmağa hazır olmaq üçün məşqləri davam etdirirəm. Burda siyasətin və MBA-nın məsələyə dəxli yoxdu. Söhbət məim həyatımdan və şəxsən qəbul etdiyim qərardan gedir”.
O da məlumdu ki, oynamaq qadağası səfər oyunlarına aid edilməsə də, “Bruklin” rəhbərliyi 29 yaşlı basketbolçunun peyvənd olunana qədər komanda yoldaşlarına, məşqlərə qoşulmasını istəmir.