• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

AFFA De Byazini qovmalıdı

16 okt, 21 - 21:21374

Seçmə mərhələnin sonunu gözləmək vaxt itkisidi.

Son günlər Azərbaycan futbolunun gündəmində iki mövzu var: Canni de Byazi və onun rəhbərlik etdiyi milli komanda. Futbol ictimaiyyəti hər ikisindən narazıdı. Düzdü, azarkeşlər, futbol adamları ən çox AFFA-nı tənqid edir. Bir çoxları qurumun rəhbərliyində dəyişikliyin vacibliyini bildirirlər.
Bu yazıda sizə De Byazidən danışacağıq. 3 gün öncə "indeksonline" nəşrində belə bir xəbər yayıldı ki, italiyan mütəxəssis Kosovo millisini çalışdırmaq istəyir. Hələ mətbu orqan mütəxəssisin fikirlərinə də yer vermişdi:

"Mənə belə bir təklif gəlsə, qəbul edərəm. Bir aydan sonra AFFA ilə müqaviləmin müddəti başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".


Daha sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla belə bir açıqlama verdi:

“Canni de Byazinin gələcək taleyinə müqavilə müddəti başa çatandan sonra aydınlıq gələcək. Seçmə mərhələ bitəndən sonra 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə təqdim olunacaq. Daha sonra İK bu məsələni müzakirə edəcək. Milli komandaya baş məşqçinin təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələlərə dair qərar qəbul etmək səlahiyyəti yalnız bu quruma məxsusdu. Hələlik müqaviləsi var və sözləşməsinə uyğun millinin baş məşqçisi kimi fəaliyyətini davam etdirir. De Byazi mənimlə əlaqə saxlayaraq dedi ki, heç bir mətbu orqana orda göstərilən şəkildə açıqlama verməyib. Kosovo Futbol Federasiyasından onunla heç kim əlaqə saxlamayıb, bu söhbətin hardan qaynaqlandığı ilə bağlı təsəvvürü yoxdu. Yəni xarici mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Heç kimə elə sözlər demədiyini söylədi".


Gördüyünüz kimi, yenə aləm dəyib bir-birinə. De Byazinin millimizin başında olduğu ikinci ildə 5-ci belə haldı. Hardasa xəbər çıxır, AFFA təkzib edir. Bir müddət sonra yenə eyni şey...
İndi məsələ tam fərqlidi. De Byazi seçmə mərhələnin sonuna kimi milli ilə müqavilə bağlayıb. Yığmanın isə 1 rəsmi, 1 yoxlama matçı qalıb. Lüksemburq və Qətərlə qarşılaşmalar Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu oyunlarda qazanılacaq nəticələr millinin qrupdakı vəziyyətinə təsir etməyəcək. Onsuz da axırıncıyıq. Bu konkretləşib. Mediada gəzən məlumatlara görə, AFFA italiyalı mütəxəssislə müqavilə yeniləmək niyyətində deyil. Belə olan halda De Byazi ilə sağollaşmaq olar. Bəs onda federasiya rəsmiləri nə üçün bu addımı atmır?

Əslində ən doğru məqam seçmə mərhələnin sonunu gözləməkdi. Çünki rəsmi müqavilə var. Bunu pozan tərəf AFFA olsa, gərək təzminat ödəsin. Belə olan halda isə federasiya bizə bəlli olmayan məbləğdə pul itirəcək. Bu zaman AFFA nə edə bilər? De Byazi ilə masa arxasında oturub, qarşılıqlı razılıq əsasında noyabr ayı üçün maaşını verib, sağollaşa bilər. Təbii ki, bunda italiyalı mütəxəssis də maraqlı olmalıdı. Amma fikrimizcə, federasiyadan belə bir təklif olsa, De Byazi imicini düşünərək millimizdən ayrıla bilər. Çünki Lüksemburq və Qətərə uduzmaq onun imicinə zərbə vura bilər. Bu səbəbdən də belə bir təklif italiyalı üçün göydəndüşmə olacaq.

Azərbaycan üçün isə ən əla məqam De Byazinin elə öz istəyi ilə istefa verib, getməsi olar. Amma italiyalı bu addımı atarmı? Bax, bu həqiqətən də düşündürücü sualdı. Əslində AFFA heç nəyə fikir vermədən, nəticələrin qənaətbəxş olmadığını nəzərə alaraq italiyalının təzminatını ödəyib, yola salmalıdı. Onsuz da boş-boş yerlərə o qədər pullar xərclənib ki... Bu da onlardan biri olar. Bundan sonra başqa yerə getmək lazım deyil. Elə Arif Əsədovun başçılıq etdiyi məşqçilər korpusu yığmanın son iki oyununu yola verə bilər. Bununla da federasiya azarkeşlərin istəyini nəzərə almış olacaq və ictimaiyyət arasında zədələnən imicini az da olsa, düzəldəcək.

İLKİN SULTANLI

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Lisenziyalaşdırma qrupunda köhnə-yeni rəhbər
backend
De Byazi Bakıya qayıtdı, köməkçiləri İtaliyaya getdi
backend
De Byazi millimizdən ayrılır?
backend
Canni De Byazi bu ölkənin yığmasını çalışdırmaq istəyir
backend
De Byazi Obradoviçi yalandan təriflədi
backend
Karantində qalan yığma Bakıya nə vaxt qayıdacaq?
backend
Azərbaycan millisinin seçmə mərhələdən imtina etməsinə nə səbəb olub?
backend
Azərbaycan - İrlandiya matçına nə qədər bilet satılıb?
backend
İrlandiyalılar “Hilton”da məskunlaşdı
backend
17 gün ərzində Azərbaycan - İrlandiya matçına nə qədər bilet satılıb?
backend
AFFA stadion problemini həll etdi
backend
AFFA tərcüməçi probleminə aydınlıq gətirdi
backend
AFFA-dan De Byazi ilə bağlı açıqlama
backend
De Byazi İtaliyada dincəlir
backend
Canni de Byazinin istədiyi futbolçunu AFFA milliləşdirir - RƏSMİ
backend
AFFA Portuqaliyaya məğlubiyyətə görə futbolçulara 10 min manat mükafat verib?
backend
De Byazi mətbuat konfransı keçirəcək
backend
Mehman Allahverdiyev “Kəpəz”ə sponsor tapıb
backend
Millidə yeni məşqçi?
backend
Millimizin baş məşqçisi nə vaxt ölkəmizə gələcək?
backend
Yığma üçün Rusiyada futbolçu axtarılır
backend
De Byazi nə vaxt qayıdacaq?
backend
AFFA Obradoviçi postunda saxladı
backend
De Byazi qayıtdı, koronavirusa yoluxanlar yox!
backend
Yığmanın məşqçiləri gələn həftə Bakıda olacaq
backend
Əmirlə bağlı FİFA-dan AFFA-ya xəbər gəlməyib
backend
AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb
backend
Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq
backend
AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər
backend
Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib
backend
AFFA piketin keçiriləcəyindən xəbərdar imiş
backend
AFFA üç yığmanı ləğv etdi
backend
AFFA danışıqları davam etdirir
backend
İK-nın iclası AÇ-2020-nin püşkatmasından sonra keçiriləcək
backend
AFFA hər kluba 100 top verib
backend
Yığmanın Kosovonu harda qəbul edəcəyi məlum deyil
backend
Amit Quluzadə Azərbaycanın tanımadığı ölkədə oynayacaq
backend
Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib
backend
Firuz Abdulla “CBC Sport”dan ayrılmayacaq
backend
AFFA AMADA ilə memorandum imzaladı

GÜNÜN XƏBƏRİ

backend
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu
17 may, 22 - 19:50362

XƏBƏR LENTİ

“Limit götürülsə, iki-üç manatlıq legionerləri tökəcəklər meydana, azərbaycanlı futbolçular isə..”
22:1717 may
PSJ-nin müsəlman futbolçusu Fransada qalmaqala səbəb oldu
21:5017 may
Mahmud Qurbanov da “Zirə” dedi, Rəşad Sadiqov da
21:1817 may
Pley-offun ilk mərhələsinin qalibləri müəyyənləşdi
20:4717 may
“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ
20:1917 may
Fabreqas qəti qərara gəlib
19:5417 may
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL
19:5017 may
Mahir Emreliyə Xorvatiya çempionu olduğu üçün medal veriləcək? - ARAŞDIRMA
19:3717 may
Bütün fransalı legionerləri qabaqladı
19:1617 may
Bir oyunda 15 (!) seyv etdi və son 3 ilə damğa vurdu!
18:5617 may
Mane reytinq siyahısında Salahı arxada qoydu
18:3117 may
Nurlan İbrahimovun məsələsi yenə uzandı - ÖZƏL AÇIQLAMA
18:0517 may
Zambiyalılar Elxan Abdullayevin gözünü qorxudub - ÖZƏL
17:5017 may
"Şamaxı-2" gümüş medala yiyələndi - YENİLƏNİR
17:4417 may
İbrahimoviç yaşıl meydanı birdəfəlik tərk edəcək?
17:1817 may
"Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik" - MÜSAHİBƏ
16:5417 may
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək
16:5317 may
Kyellininin statusu ona həvalə olunacaq
16:3217 may
“Araz Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır” - Azər Bağırov
16:1917 may
EKOL dağıldı! - ÖZƏL
15:5717 may
"Sabah" və "Neftçi" basketbol çempionatında çıxış edəcək?
15:5417 may
Azərbaycanlı idman vəkili beynəlxalq təşkilata üzv oldu - AÇIQLAMA
15:3517 may
“Qəbələ” yeni legionerlərlə danışıqlara başlayıb - ÖZƏL
15:1717 may
Cokoviç 1000-ci qələbəsini qazandı
13:5817 may
"Çempionata başlayanda qarşımıza mükafatçılar sırasında yer almaq tapşırığı qoyulmamışdı" - AÇIQLAMALAR
13:3317 may
Nəticə olmayanda yumruqlar işə düşür...
13:1717 may
Vətən müharibəsinin qəhrəmanları “Araz Naxçıvan”ın sevincinə şərik çıxdılar - AÇIQLAMALAR
12:5617 may
“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL
12:3517 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu
12:1917 may
"90 dəqiqə rəqibi təzyiq altında saxladıq" - Elxan Abdullayev
12:1017 may
Basketbol Fedarasiyasının yeni loqosu
11:5917 may
Federasiya rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı
11:4617 may
Messi "İnter Mayami"yə keçəcək
11:2717 may
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin trasında dəyişiklik edilib
10:4817 may
Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR
10:3017 may
"Qarabağ" haqqında kitabın ingilis versiyası satışda
10:1317 may
Gündoğan "Siti"dən ayrılmağa hazırlaşır
09:4417 may
"Çelsi" müdafiəçisi ilə yollarını ayırır
09:3017 may
Azərbaycan nümayəndəsi yüksək hakimlik dərəcəsi qazandı
09:2017 may
Beyl "Real"dan gedir
23:4316 may
Karateçimiz Mərakeşdə bürünc medal qazandı
23:2416 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə