“Milan”da futbolçulardan biri ilə müqavilə yenilənib.
Aleksis Salemakers klubdan aldığı yeni təklifi qəbul edib. İtaliya klubunun saytının yaydığı xəbərdə yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2026-cı ilin yayına qədər uzadıldığı bildirilib. Belçika millisinin də şərəfini qoruyan futbolçunun illik maaşı 2 milyon avroya bərabər olacaq.
Salemakers “Milan”a 2020-ci ilin yanvarında transfer olunub. O, indiyədək qırmızı-qara formada bütün turnirlərdə meydana çıxdığı 64 matçda 4 qol vurub. 22 yaşlı futbolçunun bu mövsüm komandadakı göstəriciləri isə 9 oyuna və 2 məhsuldar ötürməyə bərabərdi.