Qadınlardan ibarət Azərbaycan millisinin Dünya çempionatının seçmə mərhələsində Maltaya qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, oktyabrın 26-da "ASK Arena"da baş tutacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: REKA MOLNAR.
Baş hakimin köməkçiləri: Katalin Török, Noemi Heqedus-Barat.
Dördüncü hakim: Reka Boqnar.