Bu günlərdə Serxio Ramos ilə PSJ-nin həsrətinin bitmək üzrə olması ilə bağlı xəbər yayılmışdı. Lakin...
Məlumatda təcrübəli futbolçunun artıq baldır əzələsindəki zədəsini sağaltdığı bildirilirdi. Qeyd edək ki, ispaniyalı müdafiəçi bu səbəbdən iyulda sıralarına keçdiyi komandada hələ də debüt edə bilməyib. 35 yaşlı müdafiəçinin Fransa çempionatının 10-cu turunun “Anje” ilə oktyabrın 15-də keçiriləcək matçında oynaya biləcəyi xəbər verilmişdi.
Ancaq Serxio parislilərin heyətində rəsmi debütünü bir qədər də gözləməli olacaq. O, komandanın çərşənbə günü keçirilən məşqində iştirak edə bilməyib. Lazımi formanı yığa bilməyən futbolçu bu səbəbdən Liqa 1-in “Anje” və Çempionlar Liqasının “Leyptsiq” ilə oyunlarını da buraxacaq.