Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Monteneqroya qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, oktyabrın 21-də Podqoritsada baş tutacaq qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: KRİSTİNA GEORGİYEVA.
Baş hakimin köməkçiləri: Yekaterina Marinova, Pavleta Raşkova.
Dördüncü hakim: Kristiana Quteva.