"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenin müqavilə ilə məxsus olduğu "Olimpiakos"a qayıtmaq ehtimalı yaranıb.
“Football-plus.az” saytının məlumatına görə, Pirey təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini yaxından izləyir və onun çıxışından razıdı. Bu informasiyanı “Sportime” nəşri yayıb.
“Olimpiakos” Qvineya millisinin heyətində Mərakeşə 1:4 hesabı ilə uduzduqları dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələ oyununda komandasının yeganə qolunun müəllifi olan oyunçu üçün mövsümün sonunu gözləmək niyyətində deyil. Qışda digər legionerlərdən birini yola salınacağı təqdirdə, Kane Bakıdan Afinaya yollanacaq.