Canni De Byazi Azərbaycan millisindəki vəzifəsindən ayrıla bilər.
"Football-plus.az" saytının məlumatına görə, italiyalı mütəxəssisin Kosovo yığmasını çalışdırmaq ehtimalı yaranıb.
Belə ki, bu baş məşqçisi Bernar Şalland vəzifəsindən istefa verib. Buna komandanın DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub.
Artıq Kosovo Futbol Federasiyası yeni baş məşqçi axtarışlarına başlayıb. Bu yığmanı çalışdırmağa əsas namizədlərdən biri də de Byazidi. Bu haqda italiyalı mütəxəssis “indeksonline” nəşrinə açıqlama verib:
“Mənə belə bir təklif gəlsə, qəbul edərəm. Bir aydan sonra AFFA ilə müqaviləmin müddəti başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı. Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüflənirəm. Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədi".